Son gündə 2 qızıl, 1 gümüş və 3 bürünc

Çex Respublikasının paytaxtı Praqada gənc cüdoçuların Avropa kubokunun 2-ci günündə qənimətlərimiz bol olub. Allsport.az saytı xəbər verir ki, Mehdi Abbasov (81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün rəqiblərinə qalib gəliblər.

Cəsur İbadlı (81 kq), Canpolad Əliyev (100 kq) və Nərgiz Əhmədova (48 kq) gümüş medalla kifayətləniblər. Süleyman Şükürov (90 kq), Davud Namazlı (100 kq) və Xədicə Qədəşova (57 kq) isə bürünc mükafata yiyələniblər.

Xatırladaq ki, ilk yarış günündə Əbil Yusubov (73 kq) gümüş medala sahib çıxmışdı.

Həmin kateqoriyadan