İlk gündə Əbil fərqləndi

Çex Respublikasının paytaxtı Praqada gənc cüdoçuların Avropa kubokunun ilk günü Azərbaycan üçün 1 medalla yadda qalıb.

Əbil Yusubov (73 kq) finala gedən yolda keçirdiyi beş görüşün hamısından qalib ayrılıb. Həlledici qarşılaşmada italiyalı Luço Tavolettaya uduzub.

Avropa kubokunun son yarış günündə millimizin daha 15 üzvü tatamiyə çıxacaq.

Həmin kateqoriyadan