Dario Başiç: “Azərbaycan ilə oyunda yaxşı nəticəyə nail olduq”

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit mərhələsində keçirilmiş Xorvatiya – Azərbaycan oyunundan (4:0) sonra hər iki komandanın baş məşqçisi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, rəqib komandanın çalışdırıcısı Dario Başiç bunları söyləyib:

“İlk oyunlar həmişə çətin keçir. Oyunçularımın üzərində psixoloji təzyiq var idi. Çalışdıq bunu aradan qaldıraq. İstəyimizə çatdıq və yaxşı nəticəyə nail olduq. Azərbaycan yığmasının əvvəlki oyunlarına baxıb təhlil etmişdik. Məşqlərimizi də buna uyğun qurmuşduq. Oyunçularımı təbrik edirəm. Onlar tapşırıqlarımı tam yerinə yetirdilər”.

Həmin kateqoriyadan