- Baxış sayı: 56
- 25 Sentyabr 2026 11:26
- Baxış sayı: 138
- Sentyabr 25, 2026
- 0

Dünya fudokan federasiyasının prezidenti və qurucusu, 10-cu dan qara kəmər sahibi İlya Yorqa Azərbaycan gənclər və idman nazirliyində olub.
Allsport.az saytı xəbər verir ki, nazir müavini İsmayıl İsmayılov, idman şöbəsinin müdiri Fərid Mansurov, Bakı karate-do akademiyasının prezidenti Vüsal Abdullazadə və federasiyanın nümayəndə heyəti iştirak ediblər.
Söhbət zamanı fudokanın ölkəmizdə inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə edilib və işgüzar məsləhətləşmələr aparılıb. Qonaq İsmayıl İsmayılova DFF-in fəxri diplomunu təqdim edib. Müsafirlərə GİN adından xatirə hədiyyələri verilib.