Dünya və Avropa çempionları milli komanda ilə görüşüb

AFFA Futbol Mərkəzində yerləşən Milli Komandaların Məşq Mərkəzində müxtəlif illərdə keçmiş SSRİ-nin gənclərdən ibarət yığma komandalarının heyətində dünya və Avropa çempionu olmuş Arif Əsədov, Vladislav Qədirov və Tərlan Əhmədov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə görüşüblər.
Allsport.az saytı xəbər verir ki, komandanın hazırlığı ilə tanış olan qonaqlar sonda öz təcrübələrini futbolçularla bölüşüb, müvafiq tövsiyələrini veriblər.

Həmin kateqoriyadan