Eddi İsrafilovun valideynləri və meneceri Bakıda

Azərbaycan millisinin üzvlüyünə namizəd Eddi İsrafilovun valideynləri və meneceri AFFA ilə danışıqlar üçün Bakıya gəlib. Allsport.az xəbər verir ki, bu barədə qol.az saytına AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

Onun sözlərinə görə, İsrafilovun valideynləri və meneceri gecə saatlarında Bakıya gəlib. Onları milli komandamızın seleksiyaçıları qarşılayıb. Qurum rəsmisi qeyd edib ki, bu gün danışıqlara başlanılacaq.

İsrafilov İspaniyanın “Qranada” klubunda çıxış edir. O, müqavilə ilə “Mursiya”ya məxsusdur.

Xatırladaq ki, AFFA anası azərbaycanlı olan yarımmüdafiəçi ilə daha əvvəl də danışıqlar aparsa da, razılıq əldə olunmayıb.

Həmin kateqoriyadan