Emil Balayevin “Ayntraxt”dakı durumu növbəti mövsümdən yaxşılaşacaq

Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin Almaniyanın “Ayntraxt” klubundakı vəziyyəti növbəti mövsümdən yaxşılığa doğru dəyişə bilər. Allsport.az xəbər verir ki, gənc qolkiper gələn mövsümdən Bundesliqa təmsilçisinin 2-ci qapıçısına çevriləcək.

Almaniya mətbuatının məlumatına görə, buna səbəb hazırda bu vəzifəni icra edən Feliks Vidvaldın komandadan ayrılmağa hazırlaşmasıdır. Kevin Trappın əvəzedicisi olmaqdan bezən 25 yaşlı qolkiper oynaya biləcəyi bir komandaya keçmək fikrindədir. Klub rəhbərliyi də onun bu istəyinə qarşı çıxmır. Bu səbəbdən də baş məşqçi Tomas Şaaf millimizin üzvünə diqqəti artırıb.

Qeyd edək ki, Emilin adı bu mövsüm “Ayntraxt”ın oyunlrının iştirak ərizəsinə də salınmır.

Həmin kateqoriyadan