- Baxış sayı: 37
- 14 Mart 2025 14:49
- Baxış sayı: 43
- Mart 14, 2025
- 0
Almaniya Bundesliqasında 22-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı qapıçı Emil Balayevin komandası – “Ayntraxt” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Maynts”ın qonağı olub. Qarşılaşma futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Emil hazırda Antalyada təlim-məşq toplanışında olan Azərbaycan yığmasının düşərgəsində olduğundan bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Ayntraxt” hazırda 28 xalla 9-cu pillədə qərarlaşıb.