- Baxış sayı: 93
- 21 May 2026 20:30
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0
Futzal üzrə dünya çempionatının final mərhələsinin keçiriləcəyi ölkə müəyyənləşib.
Allsport.az xəbər verir ki, sayca 10-cü dəfə təşkil olunacaq DÇ-yə Özbəkistan evsahibliyi edəcək. 24 komandanın iştirak edəcəyi final mərhələsinin matçları 2024-cü il sentyabrın 14-dən oktyabrın 6-dək keçiriləcək.
Avropanın 7 ölkəsi mundialda iştirak edəcək. Sentyabr, oktyabr və dekabr aylarında qitə üzrə elit-raund mərhələsinin matçları keçiriləcək.
Millimiz “A” qrupunda Qazaxıstan, Rumıniya və Niderlandla mübarizə aparacaq. Qrup lideri birbaşa final mərhələsinə yollanacaq. İkinci pilləni tutmuş komandalardan ən yaxşı göstəriciyə malik 4 komanda isə pley-off-da qarşılaşacaq.
Qalib gələn 2 milli final mərhələsində oynamaq hüququ qazanacaq.