Finlandiya və İrlandiya ilə oyunlar üçün heyət açıqlandı

Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə müvafiq yaş qrupuna aid Azərbaycan yığması ardıcıl iki təlim-məşq toplanışında olacaq. Allsport.az xəbər verir ki, yığmamız fevralın 16-dan 22-dək Finlandiyanin Helsinki, fevralın 23-dən 28-dək isə İrlandiyanın Dublin şəhərlərində hazırlıq keçəcək.

Futbolçularımız fevralın 20-də və 22-də finlandiyalı, fevralın 25-də və 27-də isə irlandiyalı həmyaşıdları ilə yoldaşlıq oyununda qarşılaşacaqlar.

Toplanışlara dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Qasimov Ağaseyid – Qarabağ
Muradbəyli Fəhmin – Neftçi
Əlizadə Sənan – Neftçi
Həşimli Mirkamil – Neftçi
Məmmədov Təyyar – Bakı
Mədətov Mahir – Bakı
Ağaverdiev Renat – Bakı
Mustafazadə Bəhlul – Qəbələ
Zamanov Emin – Qəbələ
Nəbiyev Yusif – Qəbələ
Əsədov Ayxan – Qəbələ
Əliyev Qismət – Qəbələ
Süleymanov Elnur – İnter
Nahavəndi Mansur – İnter
İbazadə Ülvi – İnter
Məmmədov Məhəmməd – İnter
Sadiqov İlkin – İnter
Nəsirov Budaq – Sumqayit
Kərimzadə Fərid – Sumqayit
Hüseynzadə Turan – Xəzər Lənkəran
Ağarəhimov Vadim – Zenit (Sankt-Peterburq, Rusiya)
Uluxanov Elgün – MOİK (Moskva, Rusiya)

Qeyd: Qismət Əliyev (Qəbələ) yalnız Finlandiya toplanışında iştirak edəcək. Mirkamil Həşimli (Neftçi) və Turan Hüseynzadə (Xəzər Lənkəran) komandaya İrlandiya toplanışında qoşulacaq.

Həmin kateqoriyadan