“Futbolçularımızın legioner həyatı yaşaması üçün çalışırıq”

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayev fikirlərini bildirib. Allsport.az sizi həmin açıqlamalarla tanış edir:

“Qarşıda bizi məsul oyunlar gozləyir. Komandamız üzərinə düşən məsuliyyəti dərk edir. Qarşımıza qoyulan məqsəd ilin seçmə mərhələdə əldə etdiyimiz uğurun davamının gətirilməsidir. Futbolçularımız da, məşqçi heyəti də bunu istəyir. Oyunlara səylə hazırlaşırıq. Uğur qazanılarsa, futbolçular daha çox inkişaf edəcək, xarici klubların diqqət mərkəzinə düşəcəklər. Çox istərdim ki, futbolçularımız xaricdə oynasınlar. Məşqlərlə yanaşı, oyunçularımızın təhsilini də diqqət mərkəzində saxlayırıq. Futbolçularımız toplanış müddətində həm də ingilis dilini öyrənirlər. Hər hansı xarici dil bilən futbolçunun ölkə xaricində oynaması daha rahat olur. Daha çox azərbaycanlı futbolçunun legioner həyatı yaşamasının tərəfdarıyq və bunun üçün çalışırıq”.

Həmin kateqoriyadan