- Baxış sayı: 89
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Bu gün Azərbaycan futzal federasiyasının icraiyyə komitəsinin üzvü Ağarza Rzayev 66 yaşında dünyasını dəyişib. Allsport.az xəbər verir ki, Ağarza Rzayev müxtəlif illərdə “Spartak”, “Avtomobilçi” komandalarında futbol oynayıb.
1994-1999-cu illərdə futzal üzrə Azərbaycan milli komandasının rəisi, 1999-2008-ci illərdə futzal federasiyasının prezidenti olub.
2013-2018-ci illərdə futzal üzrə ölkə çempionatının oyunlarına hakim-inspektor kimi təyinat alıb. 2018-ci ilin iyulundan AFF-nin icraiyyə komitəsinin üzvü olub.
Allah rəhmət eləsin!