Futzal liqalarının püşkü atıldı

Futzal üzrə yüksək və birinci liqalarda 2023/2024 mövsümünün püşkü atılıb.

Allsport.az xəbər verir ki, tədbir Bakı idman sarayında keçirilib.

6 komandanın iştirak edəcəyi Yüksək Liqada oyunlar 4 dövrədən və 20 turdan ibarət olacaq. Mövsümə sentyabrın 26-da start veriləcək. Komandalar 7 legioner sifariş edə biləcəklər.

Birinci Liqada isə 12 komanda mübarizə aparacaq. Çempionat 2 dövrədən və 22 turdan ibarət olacaq. Birinci turun matçları oktyabrın 1-də keçiriləcək.

Yüksək Liqa
1-ci tur
26 sentyabr

“Neftçi” İK – “Baku Fire”
“Araz – Naxçıvan” – “Yasamal Bakı”
“Record club” – U-19

Birinci Liqa
1-ci tur
1 oktyabr

“Bakı” MFK – “Xan Lənkəran”
“STAR kargo” – “Trabzon Azərbaycan”
“Metropoliten” – “Şuşa”
“Dalğa” – “Dəstə Ordubad”
“Baku Fire-2” – “Ulduz”
PFL – “Timsport”

Həmin kateqoriyadan