Futzal millimizin rəqibləri bəlli olur

Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılacaq.

Allsport.az xəbər verir ki, Zeist şəhərində təşkil olunacaq püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Artıq yığmalar səbətlərə bölünüb. Qruplara hər səbətdən bir komanda düşəcək. Joze Alesionun baş məşqçi olduğu kollektiv püşkatmada 2-ci səbətdə yer alacaq. Yarışa ev sahibliyi edəcək Niderland seçməsi isə avtomatik olaraq “A” qrupunda 1-ci pillədə qərarlaşacaq.

Azərbaycan və Niderlandla yanaşı, Bosniya və Herseqovina, Xorvatiya, Finlandiya, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna milliləri də final mərhələsində iştirak edəcək. Sonuncu vəsiqənin sahibi isə noyabrda Belarus və Serbiya yığmaları arasında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.

1-ci səbət

İspaniya, Rusiya, Portuqaliya, Qazaxıstan

2-ci səbət

Xorvatiya, Azərbaycan, Serbiya / Belarus, İtaliya

3-cü səbət

Ukrayna, Sloveniya, Bosniya və Herseqovina, Polşa

4-cü səbət

Finlandiya, Slovakiya, Gürcüstan, Niderland

19 yanvar – 6 fevralda keçiriləcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə baş tutacaq. İndiyədək İspaniya 7, İtaliya 2, Rusiya və Portuqaliya isə hərəyə 1 dəfə Avropa çempionu olub. Gürcüstan, Finlandiya, Slovakiya, Bosniya və Herseqovina isə həlledici mərhələdə debüt edəcəklər.

Həmin kateqoriyadan