Futzalçılarımız Böyük Britaniya komandasını məğlub edib

Xorvatiyanın Split şəhərində keçirilən tələbələr arasında futzal üzrə Avropa çempionatında 2-ci turun görüşləri olub.

Allsport.az xəbər verir ki, yarışda iştirak edən ASAPES-in (Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası) kişilərdən ibarət komandası Böyük Britaniyanın “Bristol Universiteti” kollektivinə 10:2 hesabı ilə qalib gəlib.

İlk turda futzalçılarımız Finlandiyanın “Jivaskila Universitet” komandasına 2:3 hesabı ilə uduzmuşdu.

Reqlamentə əsasən, 5 komandalı qrupda yer alan ASAPES kollektivi 1/4 finala çıxmaq üçün qrupda ilk 2 yerdən birini tutmalıdır.

Həmin kateqoriyadan