“Futzalda standart vəziyyətlər oyunun nəticəsinin 70 faizini müəyyənləşdirir”

Bu gün millimiz DÇ-2024-ün elit-raund mərhələsində səfərdə Rumıniya futzalçılarına 1:3 uduzub. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra baş məşqçimiz Vitali Borisov açıqlama verib:

“Uşaqlar pis oynamadılar. Sona qədər mübarizə apardıq. Rəqib qapıçı çox yaxşı dayandı. İki standart vəziyyətdən və bir səhvdən sonra qollar buraxdıq. Futzalda standart vəziyyətlər oyunun nəticəsinin 70 faizini müəyyənləşdirir.

Rəqib bundan maksimum istifadə etdi, biz isə yararlana bilədik. Yenə deyirəm, komandamdan narazı deyiləm. Əllərindən gələni etdilər ki, məğlubiyyətdən qaçaq.

Sentyabrın 20-də Niderlandla keçirəcəyimiz oyuna hazırlaşacağıq. Hələ mübarizə başa çatmayıb və heç nə məlum deyil. Oyunların çoxu qarşıdadır. Sadəcə, statistik göstəricilər komandamızın tərəfində olsa da, bu gün 3 xalı itirən tərəf biz olduq”.

Həmin kateqoriyadan