- Baxış sayı: 79
- 04 May 2026 22:56
- Baxış sayı: 202
- May 07, 2026
- 0
Premyer Liqanın 3-cü dövrəsinə hazırlıq məqsədi ilə Türkiyənin Antalya şəhərinə yollanan “Xəzər Lənkəran” çalışmalarını davam etdirir. Allsport.az xəbər verir ki, “ağ-yaşıllar”ın yoxlama oyunu keçirəcəyi daha bir rəqibi bəlli olub.
Bu, Almaniya çempionatının 3-cü liqa təmsilçisi “Kemnitser” klubudur. Qarşılaşma yanvarın 14-də baş tutacaq.
Qeyd edək ki, cənublular ilk yoxlama görüşünü yanvarın 10-da Türkiyənin “Təkirdağspor” komandasına qarşı keçirəcək. Bundan əlavə, lənkəranlılar daha 3 yoxlama matçı keçirəcəklər. Lakin həmin rəqiblərin adları hələlik məlum deyil.