Gənclər və idman nazirliyinində Tokio-2020-yə hazırlıqda buraxılmış səhvlər müzakirə edilib

Bu gün gənclər və idman nazirliyinin kollegiya iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda milli olimpiya və paralimpiya komandalarının Tokio-2020-də iştiraklarının yekunları müzakirə edilib.

Nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, olimpiya millisinin hazırlığı və iştirakı barədə, kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədov isə, milli paralimpiyaçıların hazırlığı və iştirakı barədə hesabat xarakterli çıxış ediblər.

Hər 2 hesabat dinlənildikdən sonra, hazırlıqda buraxılmış səhvlər müzakirə edilib. Yol verilmiş nöqsanların aradan qaldırılması və növbəti olimpiya oyunlarında yüksək nailiyyətlərin əldə olunmasına əsaslı zəmin yaradılması məqsədilə İdman şöbəsinə bir sıra tapşırıqlar verilib.

Həmin kateqoriyadan