Gənclər və idman nazirliyinin yaranmasından 27 il ötür

Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli 179 saylı fərmanı ilə Azərbaycan respublikası gənclər və idman nazirliyi yaradılıb. Allsport.az saytı xəbər verir ki, əsas məqsəd dövlətin gənclə və idman sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasını və həyata keçirilməsini təmin etmək, gənc nəslin yaradıcılıq potensialını, qüvvəsini, bilik və bacarığını milli dövlət quruculuğuna, iqtisadi və sosial inkişaf proqramlarının həyata keçirilməsinə yönələtmək, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsini həyata keçirməkdir.

Bu illər ərzində dünya və qitə miqyaslı gənclər və idman tədbirlərinə Azərbaycanın ev sahibliyi etməsi, gənclər təşkilatlarının layihələrinin dəstəklənməsi, gənclərin müxtəlif qruplarının fərdi inkişafı üçün şəraitin yaradılması və dəstəklənməsi, idmanın və olimpiya hərəkatının inkişafı, gənc nəslin sağlam ruhda böyüməsi, gənclər və idman sahəsi üzrə infrastrukturun yaradılması və s. istiqamətlərdə əsaslı işlər görülümüşdür.

2 fevral – Azərbaycan gəncləri günü, 5 mart – Bədən tərbiyəsi və idman günün təsis edilməsi və 20-dən artıq dövlət proqramı, strategiya və digər mühüm sənədlərin qəbul edilməsi isə dövlətin bu sahədə uğurlu siyasətinin həyata keçirilməsinin əyani göstəricilərdir.

Azərbaycan prezidenti İlham Əliyevin gənclərə və idmançılara diqqət və qayğısı nəticəsində bu gün gənclər həyatın bütün sahələrində urğurla təmsil olunur, idarəetmədə birbaşa iştirak edir, xarici ölkələrdə təhsil almağa göndərilir, onların mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşdırılması və inkişafı üçün şəraitin yaradılır, idmançıların məişət problemləri həll edilir, onların mötəbər yarışalarda iştirakları təmin edilir.

Gənclər və idman nazirliyinin yaradılması həm də əlamətdar tarixi hadisədir. Hansı ölkələrdə gənclər və idmana qayğı varsa, həmin ölkənin gəncləri daha cox xoşbəxtdirlər, Onlar dövlətin inkişafı üçün daim öz üzərlərində çalışır və onu müdaifə etməyə hər an qürurla hazırdırlar.

Gənclər və idman nazirliyinin yaradılmasının 27 illiyi münasibəti ilə nazirliyin məsul əməkdaşları iyulun 26-da fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

Həmin kateqoriyadan