“Gənclər və idman siyasətlərində islahatlara ehtiyac var”

“Ölkəmizin gəncləri və idmançıları, Bir ay əvvəl gənclər və idman naziri təyin olundum. Bu, Azərbaycan prezidenti İlham Əliyevin mənə göstərdiyi yüksək etimaddır. Təyinatım zamanı onun verdiyi tapşırıq və tövsiyyələrin həyata keçirilməsi üzərimizə böyük məsuliyyət qoyur”. Allsport.az saytı xəbər verir ki, bu fikri nazir Fərid Qayıbov deyib. O, təyinatın hər iki sahədə yeni mərhələnin başlanğıcına təsadüf etdiyini bildirib:

“İdmanda demək olar ki, həmişə Olimpiya Oyunlarının nəticələri yeni mərhələnin başlanmasını əlaqələndirir. Bu qlobal yarışlar obyektiv olaraq təkcə yüksək nəticəli idman növlərində deyil, həm də kütləvi idmanda mövcud olan qüsur, səhv və çatışmazlıqları üzə çıxarır. Təbii ki, olimpiada güclü tərəflərimizi də göstərir. İdman bu gün böyük bir sənaye və təhsil, strategiya və kadr, təşkilatı-hüquqi və maliyyə-təsərrüfat məsələləridir. Yalnız düzgün qurulmuş əlaqələr davamlı müvəffəqiyyətlə nəticələnə bilər”.

Nazir ay ərzində bir sıra idman federasiyalarında qonaq olduğunu xatırladıb: “Ən kütləvi gənclər ictimai təşkilatlarının rəhbərləri, mətbuat nümayəndələri ilə görüşdük. Xaricə iş səfərlərim zamanı ölkənin bir qrup gənc sahibkarları ilə tanış oldum. Türk Şurası çərçivəsində “Çoxtərəfli gənclər mübadiləsi proqramı” adlı yeni təşəbbüsə başladıq. İstanbulda keçirilmiş “Texnofest-2021″də iştirak gənclərimizin innovativ elmi və texniki yaradıcılığını dəstəkləyəmək üçün əhəmiyyətli idi. Görüşlərimiz həm vəziyyəti öyrənmək, həm də kadr potensialını və ehtiyatları qiymətləndirmək məqsədi daşıyır. Artıq söyləmişəm və təkrar etmək istəyirəm ki, qərarlar yeniliklər və təcrübə balansını saxlamaqla birlikdə veriləcək”.

Qayıbov bundan əlavə, Avropa Gimnastikasının prezidenti kimi vəzifələrimi yerinə yetirməyə davam etdiyini vurğulayıb. Onun fikrincə, hər iki vəzifə görüləcək işlər haqqında anlayışını artırır, alətlərlə zənginləşdirir və səmərəliliyi yüksəldir: “Əminəm ki, rasional yanaşma səmərəli idarəetmə və davamlı nəticələr üçün yaxşı zəmin olacaq”.

Nazir bildirib ki, siyasi, sosial-iqtisadi sahədə son zamanlar əldə edilən nailiyətlər fonunda gənclərin şüurunda əhəmiyyətli dəyişikliklər baş verir: “Kütləvi bədən tərbiyəsi və idmanda da müasir yanaşma tətbiq edilməlidir. Çətinlikləri bilir, problemləri, səbəblərini, əlaqələrini və təsirlərini təyin edirik. Veriləcək qərarlar və əməli hərəkətlər məntiqli, sağlam, başa düşülən, dəstəklənən və məsuliyyətli olacaq”.

Həmin kateqoriyadan