- Baxış sayı: 55
- 16 Yanvar 2025 21:48
- Baxış sayı: 189
- Yanvar 19, 2025
- 0
Noyabrın 12-sində Marbella şəhərində Avropa Gimnastikasının texniki komitəsinin İspaniya gimnastika federasiyası ilə əməkdaşlığı çərçivəsində bədii gimnastika üzrə məşqçilik kurslarına start verilib.
Allsport.az saytı xəbər verir ki, “Fərdi gimnastlar və qrup komandaları üçün fiziki və psixoloji hazırlıq” mövzusunda məşğələdə Odlar yurdundan Səbinə Hacıyeva, Elnarə Hüseynova, Səfurə Qurbanova, Yevgeniya Vilyayeva, Aleksandra Reyş və Svitlana Olefir iştirak edirlər.
Beynəlxalq gimnastika federasiyasının İdmançılar komissiyasının üzvü, bədii gimnastika üzrə Azərbaycan millisinin məşqçisi Siyana Vasilyeva isə kurslarda ölkəmizi ekspert qismində təmsil edir.
Tədbir noyabrın 17-dək davam edəcək.