“Həyat Recens” ilə milli paralimpiya komitəsi tərəfdaş oldu

Milli paralimpiya komitəsi korporativ sosial məsuliyyət çərçivəsində “Həyat Recens” şirkəti ilə əməkdaşlığa başlayır. Allsport.az saytı xəbər verir ki, bu gün adı çəkilən mehmanxanada tərəfdaşla bağlı anlaşma olub. Sənədi MPK-nın prezidenti İlqar Rəhimov və otelin direktor müavini Aleksey Popov imzalayıblar.

Memorandum qarşılıqlı əməkdaşlığı gücləndirmək və sosial layihələr çərçivəsində komitəyə dəstək olmağı nəzərdə tutur. İmza mərasimində çıxış edən MPK prezidenti İlqar Rəhimov noyabr ayının 13-də Bakıda Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı “Yenilməzlər” adlı beynəlxalq qala təqdimatın keçirildiyin xatırladıb.

Həmin kateqoriyadan