Hikmət Qafarlıya 2 təyinat

FİFA referisi Hikmət Qafarlı dünya çempionatının Avropa zonası üzrə ilkin mərhələnin oyunlarına təyinat alıb. Allsport.az saytı xəbər verir ki, həmyerlimiz yanvarın 30-da keçiriləcək Bolqarıstan – Monteneqro oyununda iş başında olacaq. O, qarşılaşmanın 2-ci hakimi kimi funksiyasını yerinə yetirəcək.

Görüşün 1-ci ədalət qoruyucusu Kostas Nikolaou (Kipr), üçüncüsü isə Daniele Dadamo (San Marino) olacaq. Azərbaycanlı bir gün sonra keçiriləcək Monteneqro – Niderland oyununda 1-ci referi göstərilib.

Ona 2-ci hakim kimi Xavier Moreno Reina (İspaniya) və üçüncü hakim kimi Kostas Nikolaou (Kipr) kömək edəcək. Üçüncü oyunla bağlı təyinatlar hələ açıqlanmayıb. Qeyd edək ki, bu qrupun oyunları Bolqarıstanda keçiriləcək. Yekunda ikinci pilləni tutacaq komanda əsas mərhələdə millimizlə eyni qrupda mübarizə aparacaq.

Həmin kateqoriyadan