“Gənclər Azərbaycan futboluna gələcəkdə çox xeyir verəcəklər”

“Bakı”nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “zolaqlılar”ın türkiyəli çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Oyunçularım var gücü ilə oynadılar. Mən futbolçuların istəyindən məmnunam. Gənclər Azərbaycan futboluna gələcəkdə çox xeyir verəcəklər. Bu oyunda qələbə qazanmaq ehtimalımız vardı. Məğlub ola da bilərdik. Bir xal qazandıq. Buna görə şadam. Oyunçularımı təbrik edirəm”.

Həmin kateqoriyadan