İbrahim Uzunca: “Hakimlər bir az diqqətli olsunlar”

“Bakı”nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “zolaqlılar”ın türkiyəli çalışdırıcısı 2:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Oyunumuzdan razıyam. Futbolçularımı təbrik edirəm. Onlara öz təşəkkürümü bildirirəm. İndiyə qədər hakimlərə heç bir iradım olmayıb. Amma deməliyəm ki, “Qarabağ” kimi komandaya köməklik göstərmək düzgün deyil. Hakimlərə demək istəyirəm ki, gələcəkdə bir az diqqətli olsunlar.”Qarabağ”a isə Avropa Liqasında uğurlar arzulayıram”.

Həmin kateqoriyadan