İbrahim Uzunca: “Onların hesabına çıxış edirik”

“Bakı”nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “zolaqlılar”ın türkiyəli çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Çox sürətli oyun oldu. Oyunda qol vuran komanda qalib gələcəkdi. Hər iki komanda çox yaxşı mübarizə apardı. Mən hər iki kollektivi təbrik edirəm. Biz akademiyada yetişən oyunçuların hesabına çıxış edirik. Hazırda oyun baxımından əsas problemimiz qol epizodları vaxtı tez düşünməməyimizdir. Buna rəğmən, sürətli oyun gördük. İstədiyimiz də budur”.

Həmin kateqoriyadan