YENİLƏNİB
Milli komandamız ruslara 4 qolla qalib gəldi

Sankt-Peterburqda keçirilən FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin sayca 27-ci beynəlxalq xatirə turniri davam edir. Allsport.az xəbər verir ki, turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığması bu gün qrup mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.

Millimiz növbəti oyununu Rusiya-2 komandasına qarşı keçirib. Görüş futbolçularımızın 4:2 hesablı inamlı qələbəsiylə başa çatıb.

Xatırladaq ki, yığmamız ilk oyununda bu turnirin son qalibi Yaponiyaya 1:0 hesabıyla qalib gəlmişdi. Beləcə, sabah keçiriləcək Yaponiya – Rusiya-2 matçının nəticəsindən asılı olmayaraq, 2 oyuna 6 xal toplayan milli komandamız adını növbəti mərhələyə yazdırıb.

Valentin Qranatkinin xatirə turniri
Qrup mərhələsi
“F” qrupu
4 yanvar

Azərbaycan – Rusiya-2 4:2 (1:1)
Qollar: İlkin Sadıqov, 30; 56. Elnur Cəfərov, 48. Mahir Mədətov, 73 – Artyom Qaladjan, 10. Nikolay Rasskazov, 89-pen.
Sarı vərəqələr: Elvin Sərkərov, 41. Elgün Uluxanov, 62. Yusif Nəbiyev, 89 – Konstantin Kotov, 85.
Hakimlər: İlya Qrişin, İlya Doroqostoyuşiy, İvan Qurev (Rusiya).
Sankt-Peterburq. “Zenit” İdman Oyunları Sarayı

Azərbaycan: 1. Ağaseyid Qasımov, 5. Renat Ağaverdiyev, 7. Mahir Mədətov (6. Əlibəy Məmmədli, 76), 8. Emin Zamanov, 10. Elnur Cəfərov, 23. Elgün Uluxanov, 14. Yusif Nəbiyev, 20. Roman Hüseynov (24. Ayxan Əsədov, 88), 27. Bəhlul Mustafazadə (k), 18. Elvin Sərkərov (9. Şahban Cəbrayılov, 67), 21. İlkin Sadiqov (11. Umar Akmurzayev, 80)
Ehtiyatda qalanlar: 12.Tolqa Şahin, 2. Sertan Taşkın, 3. Elməddin Məmmədov, 17. Fərid Kərimzadə.

Rusiya-2: 1. Sergey Lazarev, 2. Nikolay Tarasov (4. Nikita Kaluqin, 57), 5. Semyon Matviyçuk (Nikolay Rasskazov, 57), 6. İvan Qalanin (16. Artyom Selyukov, 60), 7. Anton Teryoxov (18. Dmitri Pletnyov, 65), 8. Georgi Mxatadze (10. Boris Çıqankov, 60), 9. Artyom Qaladjan (13. Yeqor Denisov, 71), 11. Aleksandr Lomotovski (24. Denis Sedıx, 79), 14. Dmitri Kirillov (21. Konstantin Kotov, 60), 17. Mixail Lısov (20. Andrey Kudryavçev, 57), 19. Kirill Qoqolyev
Ehtiyatda qalanlar: 12.Aleksandr Maksimenko, 23. Yeqor Tuşev, 3. Sergey Buqriyov, 22. Roman Xodakovski, 25. Dmitri Cariaşvili.

Həmin kateqoriyadan