İlham Əliyev 14 yaşlı dünya çempionunu təbrik edib

Ölkə başçısı İlham Əliyev Hindistanın Mümbay şəhərində keçirilən 14 yaşlı şahmatçılar arasında dünya çempionu olan Aydın Süleymanlını təbrik edib. Allsport.az xəbər verir ki, Azərbaycan prezidentini onun uğurunu yüksək dəyərləndirib:

“Əziz Aydın,

Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm”.

İlham Əliyev
Azərbaycan respublikasının prezidenti
Bakı şəhəri, 13 oktyabr 2019-cu il.

Həmin kateqoriyadan