İlqar Aslanov: “Çox işləməliyik”

U-19 oğlannardan ibarət futzal millimiz Yunanıstan ilə qarşılaşıb.

Allsport.az xəbər verir ki, gərgin keçən oyun yunanlıların 11:3 hesablı qələbəsi ilə sona çatıb.

Azərbaycan millisinin baş məşqçi əvəzi İlqar Aslanov oyun haqda danışıb:
“Deməyə söz tapmıram. Oyundan əvvəl heyətlə bağlı problemlərimiz də var idi. Dörd oyunçumuz həkimin müdaxiləsindən sonra meydana çıxa bildi. Oyunun gedişində daha iki futzalçımız zədələndi və meydanı erkən tərk etdi.

Təbii ki, bunlar da oyunumuza təsirsiz ötüşmədi. Hər iki komanda əvvəlki matçlarda yenildiyinə görə, mütləq qələbə qazanmaq üçün meydana çıxmışdı. Təəssüf ki, bunu bacara bilmədik. Nəticəyə görə azarkeşlərimizdən üzr istəyirik. Çox işləməliyik”.

Həmin kateqoriyadan