- Baxış sayı: 42
- 02 Sentyabr 2026 21:46
- Baxış sayı: 53
- Sentyabr 23, 2026
- 0
Türkiyə PTT 1-ci Liqasında 20-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası – “Elazığspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında “Şanlıurfaspor”la qarşılaşıb. Matç 1:1 hesabıyla başa çatıb. İmamverdiyevin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, Cavidin komandası 20 oyundan sonra 24 xalla 11-ci sırada qərarlaşıb.