“Cavidin mənə deməyə cəsarəti olmadığından, ayrılmaq istədiyini baş məşqçiyə deyib”

Müqavilə ilə “Neftçi”yə məxsus olan, cari mövsümün əvvəlindən etibarən icarə əsasında Türkiyə PTT 1-ci Liqası təmsilçisi “Elazığspor”da çıxış edən Cavid İmamverdiyev klubundan ayrılmaq istəyir. Allsport.az xəbər verir ki, bunu klubun prezidenti Səlcuk Öztürk yerli mətbuata açıqlamasında bildirib:

“İmamverdiyev getmək istəyir. Bizim heç kimi zorla saxlamaq fikrimiz yoxdur. Ona heç bir borcumuz yoxdur. Müqaviləyə uyğun olaraq, transfer haqqını gətirsə, sərbəst şəkildə gedə bilər. Cavidə ötən turun “Samsunspor” matçından sonra ciddi eniş yaşadığını söyləmişdim. Bəlkə də, menecerlər onun beynini doldururlar. Transfer təklifləri gələndə futbolçular bundan təsirlənirlər. Ona “ağlını başına yığ” dedim. Mənə deməyə cəsarəti olmadığından baş məşqçi Ümit Özata ayrılmaq istədiyini bildirib. Baş məşqçi də, onun getmək istədiyini mənə çatdırdı”.

Qeyd edək ki, gənc futbolçunun hazırki klubundan ayrılaraq “Neftçi”yə qayıtmaq istədiyi bildirilir. Baxmayaraq ki, İmamverdiyevin “Elazığspor”la mövsümün sonuna qədər icarə müqaviləsi var.

Həmin kateqoriyadan