İsmayıl İsmayılov Rusiya prezidenti tərəfindən mükafatlandırılıb

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun və qurumun gənclər şöbəsinin müdiri İndira Hacıyevanın yüksək işi Rusiya prezidentinin diqqətindən kənaq qalmayıb.

Allsport.az saytı xəbər verir ki, MDB-ə üzv ölkələr arasında gənclər və idman sahələrində əməkdaşlığın daha sıx şəkildə qurulması və inkişaf etdirilməsi istiqamətində apardıqları fəal işə görə, Vladimir Putin tərəfindən xüsusi diplomlarla təltif olunublar.

Bir necə gün öncə Rusiyanın 1-ci şəxsi bu ölkənin qılıncoynatma federasiyasının vitse-prezidenti, milli komandasının baş məşqçisi, 2-qat olimpiya çempionu, azərbaycanlı İlqar Məmmədovu “Şöhrət” ordeni ilə təltif etmişdi.

Həmin kateqoriyadan