İtaliya və Xorvatiyadan sülh, Bolqarıstandan qələbə

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində 6-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının “H” qrupundakı rəqibləri də növbəti matçına çıxıb.

Belə ki, yığmamızın Norveçlə qarşılaşdığı gecədə Malta Bolqarıstanı, Xorvatiya isə İtaliyanı qəbul edib.

Bolqarlar qrupun autsayderi üzərində minimal hesablı qələbəyə seviniblər. Liderlər isə hərəyə 1 qol vuraraq, meydanı da 1 xalla tərk ediblər.

AÇ-2016-nın seçmə mərhələsi
“H” qrupu

12 iyun

Malta – Bolqarıstan – 0:1
Qol: Popov, 56.
Ta’Qali. Milli stadion. Hakim – Aleksandr Stavrev (Makedoniya).

Xorvatiya – İtaliya – 1:1
Qollar: Mandzukiç, 11 (1:0). Kandreva, 36-pen. (1:1).
Split. “Poljud” stadionu. Hakim – Martin Atkinson (İngiltərə).

Xorvatiya
6
4
2
0
16-3
14
İtaliya
6
3
3
0
9-5
12
Norveç
6
3
1
2
7-8
10
Bolqarıstan
6
2
2
2
7-7
8
Azərbaycan
6
1
1
4
4-11
4
Malta
6
0
1
5
1-10
1

Həmin kateqoriyadan