Joze Alesio: 1-ci oyun finala bərabərdir

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən millinin bu gün mətbuat üçün açıq məşqçi olub. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Joze Alesio da Silva brifinqdə bunu deyib:

Birinci oyun finala bərabərdir. Gürcüstanla görüşdə qazanılacaq  qələbə digər oyunlara hazırlaşmaq və növbəti addımlar atmaq baxımından vacib olacaq.

Komandada atmosfer yaxşıdır. Fiziki baxımdan futzalçılar hazırdır. Ölkə xaricində çıxış edən oyunçularımız klublarında daim oynayırlar. Yerli çempionatdakı milli üzvləri isə yanvarın 5-dən fiziki hazırlıq keçiblər. Ciddi zədəsi olan futzalçımız yoxdur. Düzdür, bir neçə oyunçuda yüngül ağrılar var, amma bu onlara məşq etməyə və oyun keçirməyə mane olmayacaq.

Əlbəttə, daha çox yoldaşlıq oyunu keçirmək istəyirdik. Oktyabr, noyabr aylarında qarşılaşmaq üçün rəqib tapa bilmədik. Pandemiya ilə əlaqədar danışıq apardığımız komandaların bir neçəsi imtina etdi. Elə ölkə oldu ki, Bakıya dəvət etdik, amma gələ bilmədilər.

Çalışacağıq ki, final mərhələsində daha yaxşı nəticə qazanaq. Çünki heyətimizdə elə futzalçılar var ki, bu yarış onların karyerasında sonuncu olacaq”.

Həmin kateqoriyadan