Joze Alesio da Silva: “Oyuna yaxşı hazırlaşmışıq”

Futzal üzrə Azərbaycan milli komandası sabah DÇ-2024-ün seçmə mərhələsində Polşa ilə qarşılaşacaq. Allsport.az xəbər verir ki, millinin baş məşqçisi Joze Alesio da Silva oyundan əvvəl açıqlama verib:

“Oyunun keçiriləcəyi Koszalin idman zalında ilk məşqimizə çıxdıq. Polşa ilə oyun zamanı meydanda tətbiq etmək istədiyim bəzi məqamlar var ki, az da olsa onların üzərində işlədik. Düzdür, ilk məşqdə elə də çox vaxtımız olmadı. Çünki bura gəlmək üçün xeyli yol qət etmişik, uşaqlarda yorğunluq var. Müdafiədən hücuma çıxmağa, 5-in 4-də oyunla bağlı müəyyən taktiki çalışmalara vaxt ayırdıq.

Bilirəm ki, rəqibimiz də bizimlə matça yaxşı hazırlaşır. Hətta onlar tərəfindən verilən müsahibələr, açıqlamalarla da tanışam. Hər dəfə qələbə qazanmaq istədiklərini qeyd edirlər. Onlara hörmətlə yanaşırıq, amma biz də bu qədər yolu qələbə qazanmaq üçün qət etmişik. Oyuna yaxşı hazırlaşmışıq və qrup mərhələsini birinci pillədə başa vurmaq istəyirik.

Bəzi futzalçılar məşqdə iştirak edə bilmədilər. Bolinya qrip olub, Felipinyo və Ramiz Çovdarovun isə yüngül zədəsi var. Tanrının köməyi ilə onlar Polşa ilə oyunda bizə kömək edəcəklər”.

Həmin kateqoriyadan