Joze Alesio: Qrup liderliyi uğrunda sona qədər mübarizə apardıq

Avropa çempionatında millimiz qrupda 2-ci oyunda İspaniya futzalçılarına 0:1 hesabı ilə uduzub. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Joze Alesio da Silva dünya çempionu ilə oyuna belə münasibət bildirib:

“Bilirdik ki, bizi çətin oyun gözləyir. İlk oyundan sonra növbəti mərhələyə vəsiqəni təmin etsək də, qrup liderliyi uğrunda sona qədər mübarizə apardıq. Çünki birinci pilləni tutmaq istəyirdik.

Ancaq qarşımızdakı dünyanın ən güclü yığmalarından biri idi. Rəqib topa daha çox nəzarət edən tərəf oldu. Buna baxmayaraq, biz də qol vurmaq üçün epizodlar yaratdıq. Təəssüf ki, həmin epizodları realizə edə bilmədik.

Növbəti rəqibimiz Portuqaliya millisi çempionatın favorit komandalarındandır. Heyətlərində Rikardinyo kimi istənilən saniyədə matçın taleyini həll edəcək oyunçu var. Komandama inanıram, hazırlaşacağıq. İki-üç oyunçumuzun yüngül zədəsi var. Ümid edirik ki, onlar son oyunda komandamıza kömək edəcəklər”.

Həmin kateqoriyadan