“Qartal”ın dağçıları 3 günə 15 zirvəni fəth ediblər

Gəncə şəhər gənclər və idman baş idarəsinin dəstəyi və “Qartal” dağçılıq klubunun üzvlərinin iştirakı ilə Böyük Qafqaz dağlarının ən uca zirvələri fəth olunub. Allsport.az saytı xəbər verir ki, ölkəmizdə ilk dəfə olaraq, “Qartal”ın alpinisləri 4000 metrlik 15 zirvəni 3 günə fəth ediblər.

Fəth olunan zirvələr, Böyük Qafqaz dağlarının və ümumilikdə, Azərbaycanın ən uca zirvələri Bazardüzü (4466 m), Zəfər (4301), Bazaryurd (4156 m), Çarun (4075 m), Raqdan (4020 m) sayılır.

Ümumilikdə, yürüşdə 17 nəfərlik heyət iştirak edib.

Həmin kateqoriyadan