- Baxış sayı: 43
- 03 Avqust 2026 23:44
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0

Kamandan oxatanımız Yaylagül Ramazanova Paris olimpiadasında yoluna davam edir. Allsport.az saytı xəbər verir ki, debütant 1/32 finalda çinli An Gixuanı setlərdə 6:5 yenib.
Həlledici anda təmsilçimiz 10-liğa düz nişal alıb. Halbuki bundan öncə də məsələni həll edə bilərdi, amma fürsəti qaçırmışdı.
Rəqib artıq 1 dəfə Paris-2024-də fəxri kürsüyə çıxıb. Komanda yarışında finalda Koreyaya uduzub. An Gixuan heyətdə 1-ci çıxış edir və kapitan sayılır.
Olimpiyaçımızın 1/16 finalda rəqibi almaniyalı Mixelle Kroppen olub və ona 2:6 uduzub.