- Baxış sayı: 45
- 27 Aprel 2025 20:20
- Baxış sayı: 68
- Aprel 28, 2025
- 0
U-23 Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanan qadın güləşi üzrə milli Vətənə qayıdıb. Allsport.az xəbər verir ki, yığmanın baş məşqçi əvəzi Toğrul Əsgərov açıqlama verib:
“Komandamız yeniyetmə və gənclərdən qurulub. Əlimizdən gələni edirik ki, bu güləşçiləri növbəti olimpiya oyunlarına hazırlayıb, medal qazanaq. Komandamızın gələcəyi çox parlaqdır.
Federasiyanın dəstəyilə maksimum gücümüzü ortaya qoyuruq. Günayın 17 yaşı var. Hələ U-20 yaş qrupunda Avropa və dünya çempionatında iştirak etməyib. 3 il bu yaş qrupunda güləşə bilər. 6 il ərzində isə U-23 yaş qrupunda iştirak etmək şansı var.
Qurbanova indidən öz potensialını göstərib, uğur qazandı. İstəmirik ki, idmançılarımızı tələsdirək. Vaxtından tez böyüklər arasına çıxarmağı düşünmürük. Vaxtı çatanda idmançılarımızı sınaqdan keçirəcəyik”.