“Söz verirəm ki, Los Anceles olimpiadasında Azərbaycan yüzdə-yüz qızıl medal qazanacaq”

“Söz verirəm ki, Los Anceles olimpiadasında Azərbaycan yüzdə-yüz qızıl medal qazanacaq”

Azərbaycanın yunan-Roma güləş millisi Astanada keçirilən dünya çempionatında 2 qızıl və 1 gümüş medal qazandı. Seçməmiz yekunda tağım hesabında 2-ci oldu. Allsport.az saytına müsahibəsində baş məşqçimiz Məhəmməd Bəna bunu dedi:

  • – Bütün Azərbaycan xalqını təbrik edirəm. 3 medal qazandıq. Amma bundan artığına haqq edirdik. Ən azı, 5-6 mükafata layiq idik. Bəzi səbəbdən buna yetişə bilmədik. Uşaqlar bəzi həlledici görüşləri son saniyələrdə uduzdular. Bu da mənim səhvim idi. Onları tam hazır edə bilməmişəm. Olimpiya oyunlarına qədər bütün səhvlərimizi düzəltməliyik.
  • – Sizin gəlişinizdən sonra müəyyən irəliləyiş hiss olunur. Millimiz nə qədər hazırdır və bunun tam olması üçün nəçə faiz qalıb?
  • – Gəlişimdə ilk müsahibələrdə demişəm ki, 1-ci ildə hazırlıq üçün vaxt lazımdır. Əsasən texnikidə yox, psixolojidə. Bizdə uşaqlarda texniki böyük səhvlər yoxdur. Sadəcə, üstünlüyü məntiqi sonluqla tamamlamaq lazımdır. Bizə gözəl fənd -5 xallıq lazım deyil, bizə qələbə lazımdır, medal lazımdır. Söz verirəm ki, Los Anceles olimpiadasında Azərbaycan yüzdə-yüz qızıl medal qazanacaq.
  • – Olimpiya mükafatçısı Həsrət Cəfərovun bürünc medal uğrunda görüşdə uzumasının səbəbi nə idi?- Bu yenilgi onun olimpiya oyunlarında qızıl medal qazanmasına yol açacaq. Çünki ən yüksək nəticəyə əsas ümidimiz onadır. Buna söz verirəm.
  • – Həsrət Cəfərovun iranlı Səid İsmayili ilə rəqabəti necə dəyərləndirirsiniz? Ümumən, ölkələr arasında güləşdə fərqi nedədir?
  • – Həsrət texnikalı güləşçidir. Səid isə son dövrdə dünya çempionatlarənda uğurlu çıxışı ilə 67 kq-da aparıcılardan olmasını sübut edir. Bu çəkidə 2 yaxşı uşaq varsa, biri Həsrət, digəri də Səiddir. Allah qoysa, biz Los Anceles-2028-də bunun Azərbaycanın lehinə olmasına çalışacağıq.

Kamran HACI, Astana

Həmin kateqoriyadan