Məhəmmədəli Quluzadə və Arzu Acalovadan seminar

Beynəlxalq “B” dərəcəli hakimlər Məhəmmədəli QuluzadəArzu Acalova, Qazax olimpiya idman kompleksində qərb bölgəsindən olan məşqçilər üçün seminar keçiblər. Allsport.az saytı xəbər verir ki, məşğələdə xüsusi olaraq cüdoçuların cərimə olunacağı hallara diqqət yetirilərək bununla bağlı ətraflı məlumat verilib.

Seminar zamanı iştirakçıları maraqlandıran suallar hakimlər tərəfindən cavablandırılıb. Bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.

ACF bundan sonra da region idmançılarının rəqabət qabiliyyətlərinin artırılması və regionlarda cüdonun daha da kütləviləşdirilməsi üçün müvafiq tədbirlərini davam etdirəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish