Məhəmməd Can Tuncər: Azərbaycan mənim üçün fərqli bir təcrübə olacaq

Türkiyənin “Altunordu” klubunun qapıçısı Məhəmməd Can Tuncər Azərbaycanın U-17 yığmasına dəvət almasından danışıb. Allsport.az saytı xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

“Bu, mənim üçün fərqli bir təcrübə olacaq. Amma fikrimcə, Azərbaycan yığmasına dəvət almağım Türkiyənin əsas milli komandasına seçilməyimi əngəlləməyəcək.

Azərbaycan bizim üçün qardaş ölkədir. Bəlkə də mənim Azərbaycan millisinin formasını geyinməyimlə bu iki ölkə arasında xüsusilə də futbol sahəsində fərqli bir işbirliyi yaranar”.

Həmin kateqoriyadan