- Baxış sayı: 42
- 02 Sentyabr 2026 21:46
- Baxış sayı: 278
- Sentyabr 17, 2026
- 0
FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Sankt-Peterburq – Azərbaycan oyunundan sonra rəqib komandanın baş məşqçisi Vladimir Kazaçonok fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, komandasının 4:2 hesablı qələbəsini belə şərh edib:
“Məzmun etibarilə turnirin indiyəqədərki ən maraqlı oyununu izlədik. Hər iki komanda, belə demək mümkünsə, xoşbəxtliyini rəqib qapısında axtarırdı və bizim də, rəqibin oyunu təhlükəli əks-hücumlar üzərində qurulmuşdu. Məhz belə oyunlar azarkeşlərin zövqünü oxşayır və hər dəfə sübuta yetirir ki, oyunun şən alınmasının mahiyyəti hücum futbolundadır”.