Malta Azərbaycana məğlub gəlir

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanın rəqibi olan Malta yığması Gürcüstanla yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, sözügedən komanda Tiflisdə keçirilən qarşılaşmadan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

Qolları 83-cü dəqiqədə Kankava, 90-cı dəqiqədə isə Qazaişvili vurub.

Maltalılar aşağıdakı heyətlə oynayıblar: Haber, Aqius, Betsina, Borq, Kamilyeri, Karuana, Koen, Farruca (Effionq, 60), Kristensen, R.Muskat, Şembri.

Bakı “İnter”inin müdafiəçisi Aleksandr Amisulaşvili Gürcüstan yığmasının heyətində 90 dəqiqə oynayıb. Paytaxt klubunun hücumçusu Baçana Sxadadze isə 15 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, Malta martın 28-də Bakıda Azərbaycan yığmasının qonağı olacaq.

Həmin kateqoriyadan