- Baxış sayı: 68
- 09 İyun 2026 11:25
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0
Malta yığmasının baş məşqçisi Pyetro Qedin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyun üçün yekun heyəti açıqlayıb. Allsprot.az xəbər verir ki, o, martın 25-də Gürcüstana qarşı keçirəcəkləri yoxlama matçında, eləcə də millimizlə seçmə mərhələ görüşündə (28 mart) aşağıdakı futbolçulardan yararlanacaq:
Qapıçılar: Yustin Haber (“Birkirkara”), Henri Bonello (“Hibernians”), Endryu Hoqq (“Kalloni”, Yunanıstan);
Müdafiəçilər: Andrey Aqius (“Hibernians”), Stiv Betsina (“Baltsan”), Stiv Borq (“Valletta”), Conatan Karuana (“Valletta”), Rayan Kamensuli (“Birkirkara”), Rayan Kamilyeri (“Valletta”), Yurgen Pizani (“Pieta”), Zak Muskat (“Birkirkara”);
Yarımmüdafiəçilər: Konor Borq (“Floriana”), Roderik Briffa (“Valletta”), Pol Fenex (“Birkirkara”), Rayan Fenex (“Valletta”), Byorn Kristensen (“Hibernians”);
Hücumçular: Endryu Koen (“Hibernians”), Alfred Effionq (“Qormi”), Jan-Pol Farruca (“Hibernians”), Andre Şembri (“Omoniya”, Kipr).