Malta millisinin baş məşqçisi Azərbaycana məğlubiyyətdən danışdı

“Futbol riyaziyyat deyil. Bəzən qələbə qazanır, bəzən isə uduzursan. Ancaq biz qətiyyən bu məğlubiyyətə layiq deyildik”.

Allsport.az xəbər verir ki, bu sözləri Malta millisinin baş məşqçisi Pietro Gedin yığmamızla oyundan (0:2) sonra keçirdiyi mətbuat konfransında deyib.

Komandasının zəif çıxış etdiyini bildirən italiyalı mütəxəssis yığmamız haqda xoş sözlər söyləyib:

“İlk hissədə oyunçularımız heç yaxşı oynamadı. Boşluqlarımız çox idi. İkinci hissədə başqa oyun sxemindən istifadə etdik. Bununla da oyunumuzu tapdıq. Rəqibin hər iki cinahı yaxşı oynayırdı. Ancaq bizdə bu sarıdan problemlər oldu”.

Həmin kateqoriyadan