Milli komandamızdan 7 pilləlik sıçrayış!

FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığması yeni açıqlanan siyahıda 108-ci yerdə qərarlaşıb.

Yeddi pillə irəliləyən millimizin xal ehtiyatında da artım var. Belə ki, əlavə 30 xalı hesabına yazdıran Azərbaycan hazırda 302 xala malikdir. Bu göstəricilərə görə ölkəmiz Malavi ilə eyni pilləni paylaşır.

AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərimizin göstəriciləri belədir: Xorvatiya (14-cü yer, 1023 xal), İtaliya (17, 1001), Norveç (67, 495), Bolqarıstan (68, 489), Malta (158, 157).

Keçmiş SSRİ ölkələri arasında Azərbaycan Ukrayna (27, 791), Rusiya (28, 782), Özbəkistan (75, 453), Estoniya (82, 420), Latviya (87, 377), Ermənistan (89, 373) və Belarusdan (100, 341) geri qalır. Əvəzində ölkəmiz Litva (110, 301), Moldova (124, 236), Qazaxıstan (142, 193), Tacikistan (148, 181), Türkmənistan (152, 167), Gürcüstan (153, 165) və Qırğızıstandan (157, 160) öndə qərarlaşıb.

İlk onluq belədir: Argentina (1473), Almaniya (1411), Belçika (1244), Kolumbiya (1217), Hollandiya (1204), Braziliya (1186), Portuqaliya (1177), Rumıniya (1166), İngiltərə (1157), Uels (1155).

Son ayın ən yaxşı komandası 37 pillə irəliləyən Beliz olub. Ən pis göstəriciyə isə Syerra-Leone (28 pilləlik geriləmə) imza atıb.

Həmin kateqoriyadan