Milli komandamızın oyunlarının vaxtı dəyişdirildi

Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda Azərbaycan yığmasının mübarizə aparacağı 2-ci qrupun oyunları Bakıda keçiriləcək. Allsport.az xəbər verir ki, qarşılaşmaların başlanma vaxtına dəyişiklik edildiyi üçün təqvimi bir daha diqqətinizə çatdırırıq:
17 mart 2015-ci il
Saat 13:00. Portuqaliya – Serbiya
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

Saat 16:30. Xorvatiya – Azərbaycan
Bakcell Arena

19 mart 2015-ci il
Saat 13:00. Serbiya – Xorvatiya
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

Saat 16:30. Portuqaliya – Azərbaycan
Bakcell Arena

22 mart 2015-ci il
Saat 16:30. Xorvatiya – Portuqaliya
“Bakı” FK-nın Təlim-Məşq Bazası

Saat 16:30. Azərbaycan – Serbiya
Bakcell Arena

Həmin kateqoriyadan