Milli komandamızın rəqibinin baş məşqçisindən gözlənilməz qərar

İtaliya millisinin baş məşqçisi Antonio Konte gözlənilməz qərar verib. Allsport.az xəbər verir ki, o, postunu tərk etməklə əlaqədar ölkəsinin futbol federasiyasına müraciət edib.

Bu barədə “Corriere dello Sport” məlumat yayıb. Məlumatda bildirilir ki, təcrübəli mütəxəssislə İFF arasında görüş keçirilməsi gözlənilir. Konte klublarla federasiya arasında fikir ayrılığından narazıdır. “Yuventus” və “Roma”nın İtaliya millisinin fevralda keçiriləcək təlim-məşq toplanışına futbolçularını buraxmaması onu küsdürüb. Antonio AÇ-2016 başlamamış komandanı tərk etmək istəyir.

Qeyd edək ki, İtaliya AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alır.

Həmin kateqoriyadan