Millimin dünya sıralamasında 10-cu yerini qoruyur

Futzal üzrə Avropa çempionatının təsnifat mərhələsi başa çatdıqdan sonra milli komandaların yeni reytinqi açıqlanıb. Allsport.az saytı xəbər verir ki, dünyanın 10 ən güclü kollektivinin mövqeyi dəyişməz qalıb. Azərbaycan seçməsi xal ehtiyatı dəyişməyib. Hesabında 1435 xal olan komandamız mövqeyini də qoruyub. Yığmamız yenə də planetin 10-cusudur.

Millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərimizin mövqeyinə gəlincə, Macarıstan 1192 xalla 30-cu, Bosniya və Herseqovina 1129 xalla 38-ci yerdə qərarlaşıb. Təsnifat mərhələsini adlayan Albaniya 843 xalla 77-ci yerdə qərarlaşıb.

Reytinq cədvəlinə 1916 xalla Braziliya millisi liderlik edir. İspaniya 1893 xalla ikinci, Rusiya isə 1766 xalla üçüncü pillədə yer alıb.

Həmin kateqoriyadan